Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-12 LAST UPDATED: N/A DEADLINE: 2019-07-12

Şirkət:  “A+CO” MMC

Vəzifə: Baş mühasib

İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 5 il iş təcrübəsi (Kişi namizədlər)
2. Təşəbbüskarlıq, İdarəetmə və sərbəst qərar vermə bacarığı
3. Analitik bacarıq, rəqəmlərlə işləmə bacarığı
4. Komandada işləmə bacarığı

Vəzifə Öhdəlikləri

1. Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.  
2. Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
3. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, vergi orqanlarına, dövlət statistika komitəsinə heasabtların hazırlanması və təqdim edilməsinə nəzarət edir.
4. İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir
5. Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
6. Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
7. Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
8. Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
9. Vergi, DSMF və Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, təqdim edilməsi və göndərilməsinə nəzarət edir.
10. Hesabatlarla əlaqədar Kameral vergi və ya digər yoxlamalarla əlaqədar məktubların hazırlanması, göndərilməsini təşkil edir.
11. Salonların açılışı/bağlanışı zamanı nəzarət kassa aparatlarının,posterminalların qeydiyyatı sənədlərinin təşkili və hazırlanması
12. Tabeçiliyində olan işçilərin Şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
13. Maliyyə Departamenti Direktorunun verdiyi tapşırıqları yerinə yetirməli.
14. Şirkətin prosedurlarına, qaydalarına, təlimatlarına, daxili əmrlərinə riayət etmək.

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Baş mühasib” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP