Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Nurgun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-12 LAST UPDATED: N/A DEADLINE: 2019-07-12

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İş barədə:

• Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərin hazırlanması,
• Daxili əmək nizamı qaydalarına nəzarət,
• Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
• Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək,
• Keçirilmiş daxili audit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq keyfiyyətə nəzarət üzrə işdə iştirak etmək,
• İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.

Tələblər:

• Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
• Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
• Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
• İş təcrübəsi (min. 1-2 il)
• Yaş həddi – 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP