Laborant (Kimyaçı)
 
JOB TITLE: Laborant (Kimyaçı)
EMPLOYER: Nurgun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-12 LAST UPDATED: N/A DEADLINE: 2019-07-12

LABORANT (Kimyaçı)

İş barədə:

• İstehsal olunan malların çeşidlərinə müvafiq olaraq, mallara nəzarət edir.
• Gördüyü işin nəticələrini müvafiq jurnalda qeyd edir.
• İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir.
• İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır.
• Analizlərin nəticələrinə əsasən keyfiyyətsiz mal aşkar etdikdə, müəyyən olunmuş qaydada brak aktı tərtib edir və qərar qəbul edilməsi üçün rəhbərliyinə göndərir.
• Analizlərin aparılması metodlarına müvafiq olaraq, kimyəvi reaqenlərdən istifadə edir.
• Tədqiqatlar zamanı laborator analizləri, sınaqları, ölçmə və s. işləri icra edir və ya onların aparılmasına rəhbərlik edir;
• Təsdiq edilmiş tədqiqat proqramına müvafiq olaraq, materialların toplanmasında və işlənməsində iştirak edir;
• Laborator avadanlıqların sazlığına nəzarət edir, onların tənzimlənməsini təmin edir;
• Cihazları eksperimentlər həyata keçirilməsi üçün hazırlayır;
• Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
• Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunu aparır.

Tələblər:

• Ali təhsil;
• İş təcrübəsi (min. 1 il);
• Ciddi, məsuliyyətli, dəqiq olmalı,
• Analiz bacarığı,
• Yaş həddi 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Laborant" yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP