İT Audit şöbəsinin müfəttişi
 
JOB TITLE: İT Audit şöbəsinin müfəttişi
EMPLOYER: Bank of Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-20 LAST UPDATED: 2019-06-20 DEADLINE: 2019-07-20

İT Audit şöbəsinin müfəttişi

Əsas vəzifə və öhdəliklər

o İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramının tərtib edilməsi
o İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
o İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
o Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
o Auditin beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi
o Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində hesabatın hazırlanması və təqdim edilməsi

Seçim meyarları

o İnformasiya texnologiyaları, proqramlaşdırma və ya iqtisadiyyat üzrə ali təhsil
o Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
o İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 3 ildən çox iş təcrübəsi (İT Audit sahəsində iş təcrübəsi arzuolunandır.)
o İT Audit və risklərin idarə olunması üzrə biliklər
o Daxili və Beynəlxalq İT standartları üzrə biliklər

İş şərtləri

o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT Audit şöbəsinin müfəttişi qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP