Satış Təmsilçisi
 
JOB TITLE: Satış Təmsilçisi
EMPLOYER: Intend LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-20 LAST UPDATED: N/A DEADLINE: 2019-07-20

Intend MMC Satış Təmsilçisi vakansiyasını elan edir:

Vəzifə funksiyaları

• Sahə üzrə satış menecerindən nəqliyyat vasitəsini təhvil alır. Ondan bölgəsini, oradakı satış nöqtələrinin yerini öyrənir.
• Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir.
• Əvvəlcədən müəyyən olunmuş satış marşrutu üzrə satış nöqtələrini ziyarət edir. Müştərinin məhsul ehtiyaclarını müəyyən edir və bu ehtiyaclara müvafiq olaraq müştəridən sifarişlərini qəbul edir.
• Əldə etdiyi sifarişləri şirkətə məxsus palm qurğusunun  yaddaşına daxil edir və həmin məlumatları sifarişlərin toplandığı informasiya mərkəzinə göndərir.
• Satış ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir.
• Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış nöqtələrində satışını təmin edir, bununla bağlı çatışmazlıqları aradan qaldırır.
• Şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti ( pul və s.) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verərək mədaxil etdirir.
• Sahə üzrə satış menecerinin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə  yerinə yetirməlidir.

Tələblər

• Yaş həddi: 22-35 yaş
• Təcrübə müddəti: 1 il və daha artıq
• Dil Bilikləri: Əla səviyyədə Azərbaycan dili və Rus dili
• Təhsil: Orta və ya Ali
• İxtisas Bilikləri və Bacarıqlar: Ünsiyyətcillik, dəqiqlik və məsuliyyət, problemləri həll etmə bacarığı

İş qrafiki: 1-5 günlər, 09:00-18:00
Əmək haqqı: 700 AZN və yuxarı

Göstərilən tələblərə cavab verən namizədlə öz CV– lərini cv@intend.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satış Təmsilçisi” qeyd edilməsi tələb olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP