İcraçı Direktorun müavini
 
JOB TITLE: İcraçı Direktorun müavini
EMPLOYER: MilliKart LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-20 LAST UPDATED: N/A DEADLINE: 2019-07-20

İcraçı Direktorun müavini

Öhdəliklər:

- İT və Əməliyyat departamentinin işinin təşkili və idarə olunması  prosesinin kurasiya olunması
- İT departamentin fəaliyyət strategiyasına uyğun və onun inkişafı üçün daha proqressiv bank texnologiyaları, proqram və metodikaların tətbiqinin təmin edilməsi;
- Məlumat bazası və onlara giriş mexanizmlər strukturunun layihələndirilməsinə, mövcud sistemlərlə işlərin reqlamentinin hazırlanması və təmin edilməsi, informasiya-analitik sistemlərinin funksionallaşdırılmasını təmin etmək üçün mümkün məlumat mənbələrinin tədqiqi;
- Prosesinq vendor sistemi üzrə təqdim olunan müvafiq sənədlərə uyğun olaraq sistemlərin sazlanması , idarə olunması, dəstəklənməsi və  Back- office modullarının inzibatçılığının aparılmasına nəzarət
- BO sistemində Oracle verilənlər bazasının inzibatçılığı, BO sistemin quraşdırılması, konfiqurasiyası  (PCİ-DSS standartlarına uyğun) və relizlərlə, patch-lərlə bağlı sistemlərin yenilənməsinə nəzarət
- Visa və MasterCard təşkilatlarının müvafiq İnternet sistemlərində (VROL, MasterCom Applications) tələb olunan əməliyyatların yerinə yetirilməsi, müvafiq yazışmaların aparılması, aidiyyatı qaydalarının (VIOR, Chargeback Guide) mütəmadi izlənilməsi və yeniliklərin tədbiq edilməsi prosesinə nəzarət etmək;
- Layihələrin dəyərləndirməsi (tələblərin müəyyənləşdirilməsi, icra müddətinin dəyərləndirilməsi, texniki tələblərin hazırlanması) və  icrası üzrə nəzarətin həyata keçirilməsi;
- İT infrastrukturu və ya onun elementinin funksiyalaşdırılmasının yüksələn effektivliyinə dair yeni metod və qərarların hazırlanması.

Tələblər:

- Ali təhsil (texniki və/və ya idarəetmə ixtisası üzrə);
- Müvafiq sahədə( İT, Əməliyyat)   rəhbər vəzifəsində 3 ildən az olmayan iş təcrübəsi;
- İT strateji planlaşdırılması üzrə təcrübə;
- Uğurla icra olunan və mövcud layihələrin olması;
- Mükəmməl təşkilatçılıq qabiliyyəti, planlaşdırma və idarəetmə qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dilləri;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Liderlik qabiliyyətinin olması.

E - mail : hr@millikart.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP