İnsan resursları bölməsi rəisi
 
JOB TITLE: İnsan resursları bölməsi rəisi
EMPLOYER: Azerbaijan Railways CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-21 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

Vakansiyanın adı: İnsan resursları bölməsi rəisi

Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: Yük daşımaları Departamenti
Vakansiya üzrə struktur: Yük və kommersiya xidməti, İnsan resursları bölməsi
Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 7
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 5 il
Tələb olunan komputer bilikləri: Ofis proqramları – yaxşı səviyyədə
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı səviyyədə;
Rus dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər

- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Kadr işinin təşkilini, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər;
- İşə qəbul prosesi, xüsüsən müsahibələrin keçirilməsi sahəsində nəzəri və praktiki biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri

- İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
- Təşkilatın strukturunu təhlil edə bilmək və anlamaq bacarığı;
- Əmək bazarını təhlil edə bilmək bacarığı və məlumatlılıq;
- Məqsədyönümlülük, nəticəyönümlülük;
- Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
- Komanda ilə işləyə bilmək bacarığı;
- Rəhbərlik etmək bacarığı;
- Daxili motivasiyalı.

Digər tələb və üstünlük göstəriciləri

- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri

- Bölməyə rəhbərlik edilməsi;
- Əmək qanunvericiliyindən  irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılmasına nəzarət edilməsi;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsinə nəzarət edilməsi;
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatların Elektron Hökümət portalında işlənməsinə nəzarət edilməsi;
- Əməkhaqqının hesablanması üzrə işlərin icrasına nəzarət edilməsi;
- İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrasına nəzarət edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar işlərin həyata keçirilməsi;
- İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şəraitinin yaradılması.

Son müraciət tarixi: 30.06.2019
Müraciət üçün link: https://ady.az/az/career/vacancy/69/979

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP