Avtomobil ustası Pardaqlayıcı
 
JOB TITLE: Avtomobil ustası Pardaqlayıcı
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-21 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

“Avtolüks Azərbaycan” MMC-yə  Avtomobil ustası Pardaqlayıcı tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Avtomobil sahəsində 3 il  iş təcrübəsi ;
2. Avtomobillər haqqında məlumatlı olmaq ;
3. Yaş həddi 25-40 ;

Vəzifə öhdəlikləri:   

• ADR bölməsinin biznes prosedurasına uyğun olaraq səmərəli və çevik çalışaraq keyfiyyətli nəticəyə səy göstərməli.
• Materialların əldə olunması üçün gözləmə vaxtını minimumlaşdırmalı.
• Təhlükəsizlik qaydaları və təhlükəli tullantılar barədə xəbərdar olmalı və müvafiq göstərişləri yerinə yetirməli.
• Xüsusi alətləri və kitabları istifadə etdikdən sonra təmiz və səliqəli şəkildə geri qaytarmalı.
• İş kartında qeyd olunmuş təmir və nizamlama işlərini standartlara uyğun olaraq tez və keyfiyyətlə yerinə yetirməli.
• Materiallar tələb etməzdən əvvəl bütün məlumatları toplamalı.
• İşdə gecikmə gözlənildiyi və əlavə işlər tələb olunduğu halda rəhbərliyi məlumatlandırmalı.
• Təhvil alınmış alətlərə və avadanlıqlara lazımı xidmət və qulluq göstərməli,inventarizasiya nəzarəti aparmalı,hər zaman iş sahəsinin təmiz və səliqəli olmasını təmin etməli.
• Texniki treyninq və kampaniyalarda və s. iştirak etməklə daima təcrübəsini artırmalı.
• İstifadə olunmuş və olunmamış materiallar haqda rəhbərliyə məlumat verməli.
• Avtomobillərin təmirini və nizamlanmasını istehsalçı zavod tərəfindən verilmiş standartlara uyğun olaraq həyata keçirməli.
• Avtomobili boyamamışdan əvvəl təmir olunmuş hissələri yoxlanışdan keçirməli.
• Anbarda olan materiallara və istifadədə olan alət və avadanlılara görə məsuliyyət daşımalı və mütəmadi lazımi qulluq göstərməli.
• Müştərinin avtomobilində təmir zamanı qoruyuculardan və digər vasitələrdən istifadə edərək təmiz və səliqəli işləməli.

Email : Hr@autolux-az.com 
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP