Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-21 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Marketinq üzrə mütəxəssis

Vəzifələr:

• Müxtəlif layihələrin fərdi olaraq icra edilməsi;
• Brand və Kategoriya menecerləri ilə danışıqların aparılması;
• Bazarda yeni imkanların aşkarlanması;
• Bazarda yeni məhsulun tanıdılması;
• Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Görülmüş işlər barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.

Tələblər:

• Marketinq və ya əlaqəli sahədə ali təhsil;
• Marketinq sahəsində iş təcrübəsi - 3 ildən çox;
• Proyektlərin icra olunması və reallaşdırılması təcrübəsi;
• Strateji təhlil və reklam sahəsində biliklər;
• Yüksək analitik düşüncə;
• Rəqəmsal marketinq anlayışının olması;
• MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Azərbaycan  və Rus dillərini səlis bilməli;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmalı, komandada işləmək bacarığı olmalıdır.

İş barədə məlumat

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər hr@kontakt.az  elektron ünvanlna mövzu yerində “Marketinq üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP