Kassir (Gəncə şəhəri)
 
JOB TITLE: Kassir (Gəncə şəhəri)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-24 LAST UPDATED: N/A DEADLINE: 2019-07-24

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt .az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kassir (Gəncə şəhəri)

Tələblər:

• Ali təhsil
• Azərbaycan dili səlist, rus dilini bilməsi arzu olunandır
• Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri ilə tanış olmalı
• Pul vəsaitlərinin idarə olunması üzrə biliklər

Vəzifələr:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir
• Zərurət yarandıqda digər kassiri əvəz edir

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət

Qeyd: mağaza Gəncə şəhərində yerləşir

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Kassir (Gəncə şəhəri)” qeyd edərək
ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP