Nəqliyyat və avadanlıqlar şöbəsinə müdir müavini
 
JOB TITLE: Nəqliyyat və avadanlıqlar şöbəsinə müdir müavini
EMPLOYER: Hidro Insaat Servis LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-25 LAST UPDATED: N/A DEADLINE: 2019-07-25

Hidro İnşaat Servis beynəlxalq və lokal sənaye layihələri üçün yüksək səviyyəli tikinti işlərini həyata keçirən şirkətdir. Şirkət yarandığı tarixdən bu yana ölkə daxilində su kanalizasiya, su anbarı, su kanalı və su təmizləmə qurğuları tikintisi kimi müxtəlif layihələri uğurla başa vurmuşdur.

Şirkət Nəqliyyat və avadanlıqlar şöbəsinə müdir müavini axtarır.

Əmək funksiyası

- Nəqliyyat və avadanlıqlar şöbəsinin işini sistemləşdirmək və avtomatlaşdırmaq, qurulan sistemin tətbiqinə nəzarət etmək;
- Şöbənin balansında olan əsas maşın, avadanlıq və tikinti texnikasının uzun müddətli ümumi mülkiyyət xərcləri (Total Cost of Ownership) planının hazırlanmasını təmin etmək;
- Şöbənin əsasnaməsini hazırlamaq, işçilərin iş bölgüsünü planlaşdırmaq və komandanı idarə etmək;
- Şöbədəki fəaliyyətlərin planlı, metodlu və hər an hesabat verə biləcək formada olmasını təmin etmək;
- Şöbədəki fəaliyyətlərin şirkət daxili qayda və prosedurlara, SƏTTƏM öhdəliklərinə və qanunvericiliyin tələblərinə uyğun qurulmasını təmin etmək;
- Təsdiq edilmiş büdcə və planlara uyğun olmasını təmin etmək üçün xərcləri monitorinq etmək;
- Maşın, tikinti texnikası və avadanlıqlarla bağlı təmir və servis qruplarını idarə etmək.

İlkin tələblər

- Ali təhsil;
- Qaraj yaxud maşın parkı idarəçiliyi üzrə minimum 10 illik iş təcrübə;
- Hesabat formaları, plan və prosedur hazırlama bacarığına və praktiki iş təcrübəsinə sahib olmalı;
- İşçilərin işgüzаr kеyfiyyətlərinin qiymətləndirilməsi mеtоdlаrını bilməli;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Beynəlxalq layihələrdə iş təcrübəsinin olması arzuolunandır;
- Yazılı və şifahi ingilis dili yaxşı səviyyədə olmalı;
- İş fəaliyyətini nizаmlаyаn müvafiq qanunvericiliyinin əsaslarını, o cümlədən əsasnamələr, təlimаtlаr, nоrmаtiv sənədlərlə iş təcrübəsi olmalıdır.

Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür. Nahar şirkət tərəfindən qarşılanır. İşçi komputer və telefon kartı ilə təmin edilir.

Əmək haqqı ştat cədvəlinə uyğun müəyyən edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini recruiter@hidro-insaat.com elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP