Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Damla MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-25 LAST UPDATED: N/A DEADLINE: 2019-07-25

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Satış meneceri

Vəzifə öhdəlikləri:

• Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq;
• Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları  dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə  təqdim etmək;
• Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
• Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək.

Namizədə tələblər:

 Ali Təhsilli 
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi; 
 Təşkilati və analitik bacarıqlar; 

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət; 
 Əmək haqqı: 300 AZN fiks və əlavə satışdan bonus.
 Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
 Regionlara və Bakı şəhərinə tələb olunur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@damlamebel.az  elektron ünvanına mövzu yerinə “Satış meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP