Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Yalama Aqropark MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-27 LAST UPDATED: N/A DEADLINE: 2019-07-27

Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC  “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları

 İSO standartları üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi);
 İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
 İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması və onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması. Normativ texniki sənədlərin tərtibi və təsdiqi;
 AQTA-ya təqdim olunan nümunələrin idarə olunması;
 İstehsalat məhsullarının standart sənədlərə uyğun markalanması. Xarici idxal məhsulların markalanmasının uyğunluğunun yoxlanılması və təsdiqi;
 Keyfiyyət İdarəetmə Sisteminin bütün sənədlərinin hazırlamasının təşkili;
 Sistemin tələblərinə istinadən Sistem prosedurlarının hazırlanması və Keyfiyyətə Nəzarət Prosedurlarının tətbiqinin təşkil edilməsi;
 İstifadə edilən xammalın keyfiyyətinin yoxlanması;
 İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət;
 Məhsulların keyfiyyəti barədə hesabatların rəhbrəliyə təqdim olunmması;
 Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir;
 Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır;
 Laboratoriya nümunələrinin götürülməsi və analizi;
 Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
 Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir;
 Metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir,sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır;

Tələblər

 Ali təhsil və müvafiq vakansiya üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
 Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dili arzuolunandır;
 MS Office, xüsusəndə Excel proqramları üzrə yüksək səviyyədə biliklərə sahib olmalı;
 Problem və konfliktləri həll etmə bacarığı;
 Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir;
 Yaş həddi 25-35 yaş arası;
 Komanda ilə işləyə bilmə bacarığı
 Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

İş qrafiki

09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP