Katibə
 
JOB TITLE: Katibə
EMPLOYER: MR. Fix construction chemicals (Kartas LTd) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-27 LAST UPDATED: N/A DEADLINE: 2019-07-27

VƏZİFƏ:  Katibə

Mr.fix haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm   tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

- Daxil olan telefon zənglərinin qəbul edilməsi və onları təyinatı üzrə istiqamətləndirilməsi.
- Gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırmaq.
- Direktorun qəbuluna gələn qonaqlara çay verilməsi.
- Lazımi sənədlərin , məktubların hazırlanması.
- Tərcümələrin edilməsi.
- Ofis daxili işlərin icra olunması.
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
- İş saatı: 08.30-17.30

TƏLƏBLƏR:

- 22-35 yaş həddində
- Ali təhsilli,  xanım işçi.
- Ən az 1 il iş təcrübəsi olmalıdır
- Yüksək ünsiyyət qurma bacarığı
- Dil bilikləri: Azərbaycan, İngilis dili (əla səviyyədə).
- Ofis proqramlarında və faks, skaner və kseroksda  işləmək bacarığı.
- Məsuliyyətli və operativ olmalı.
- İnsanlarla münasibətdə gülərüzlü olmalı.
- İşində məsuliyyətli, dəqiq olmalı.

Maaş: 400 azn.

Bu vakansiya üçün hr@mrfix.az e-poçtuna mövzu hissəsinə “Katibə” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
Mövzu yerinə “Katibə” yazılmayan CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP