Mağaza meneceri (Şirvan və Xaçmaz)
 
JOB TITLE: Mağaza meneceri (Şirvan və Xaçmaz)
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-28 LAST UPDATED: N/A DEADLINE: 2019-07-28

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır. 

Vəzifə adı: Mağaza meneceri (Şirvan və Xaçmaz)

İş qrafiki :  6 günlük / saat 10:00 – 19:00

İşin təsviri :

• Mağaza idarəetməsinin həyata keçirilməsi
• Mağaza satışlarının idarə olunması
• Mağaza əməkdaşları ilə kommunikasiyanın qurulması
• Mağaza merçendayzinq işlərinə nəzarət edilməsi
• Dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Müştəri tələbatlarını müəyyənləşdirib,təkliflərin hazırlanması

Tələblər :

- Ali təhsil;
- 2 il iş təcrübəsi
- MS Office, 1C biliyi
- Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı

Mebel və ev əşyalarının  satışı sahəsində iş təcrübəsi arzuolunandır.

Yaş həddi:  30-45 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ” Mağaza meneceri “ qeyd edib bu ünvana göndərəsiniz.  career@embawood.com  

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP