Köməkçi (Asistent)
 
JOB TITLE: Köməkçi (Asistent)
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-28 LAST UPDATED: N/A DEADLINE: 2019-07-28

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisdə yerləşən rəhbər strukturların birinə Köməkçi (Asistent) vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Struktur rəhbərinə görüləcək işlər haqqında məlumat vermək və onların icrasını nəzarətdə saxlamaq;
• Struktur rəhbərinin iclas və toplantılarını təşkil etmək, iş qrafiki və əsas prioritetləri səmərəli müəyyən etmək;
• Struktur rəhbəri ilə digər departamentlər arasında əlaqələri təmin etmək;
• Struktur rəhbəri üçün səfərləri, görüşləri və tədbirləri tələb olunduğu qaydada təşkil etmək;
• Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil vermək;
• Hər hansı bir məsələ ilə əlaqədar araşdırmalar aparmaq və nəticələri təqdim etmək;
• E-məktubları idarə etmək, təcili məktubların seçilərək müvafiq qaydada cavablandırılmasını təşkil etmək;
• Daxili və xarici sənədlərin hazırlanmasında struktur rəhbərini təmin etmək;
• Müvafiq sənədlərin kompüterdə orfoqrafik və qrammatik cəhəddən peşəkarcasına hazırlanması, mətnlərin yığılması, tərtibatı, saxlanılması, yoxlanılması, düzəlişlərin edilməsi və təqdimatı;
• Müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilmək;
• Struktur rəhbərinin göstəriş və tapşırıqlarına müvafiq olaraq, müəyyən məsələlər üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
• Əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək, təhlil etmək və müvafiq struktur bölmələrə ötümək;
• Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə struktur rəhbərinə məlumat vermək;
• Səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları müvafiq struktur bölmələrindən tələb etmək.
• Daxil olan telefon zənglərinin cavablandırılması;

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali təhsil (bakalavr);
• Müvafiq sahədə (xüsusi ilə Sənəd dövrüyəsi və kargüzarlıq) ən azı 5 illik iş təcrübəsi;
• Yaş həddi: 25 – 35 yaş;
• Azərbaycan Respublikasının sənəd dövrüyəsi və kargüzarlıq Qanunvericiliyini mükəmməl bilməlidir;
• Kargüzarlığa aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Korporativ İdarəetmə sistemi və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
• İT biliklər: MS Office (Vörd, Excel, Power Point), İnternet, Outlook Express peşəkar istifadəçi səviyyəsində bilməli və istifadə etməli;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Komandada işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti və komandada işləmək bacarığı;
• Yüksək Peşəkar ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
• İşgüzar, məsuliyyətli və detallara diqqətli olmalı;
• Böyük həcmdə iş və stressə davamlı olmalı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və yüksək karyera imkanları.

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini hr@aztelekom.az e-ünvana göndərsinlər. CV-də maaş gözləntisini qeyd etməyinizi xahiş edirik.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Köməkçi (Assistent)). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP