Korporativ və Fərdi Satışlar üzrə Menecer
 
JOB TITLE: Korporativ və Fərdi Satışlar üzrə Menecer
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-31

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Korporativ və Fərdi Satışlar üzrə Menecer

İşin təsviri:

- Satışların təşkili, təhlili və analizi
- Satış komandası ilə hədəflərin birgə işlənməsi
- Satış komandasının işinə nəzarət və onların fəaliyyətlərinin qiymətləndirilməsi
- Satış göstəricilərini yüksəltmək məqsədi ilə yeni satış imkanlarının öyrənilməsi və təkliflərinin verilməsi
- Yeni tədris proqramlarını tanıdılmasının Marketinqlə koordinasiyası
- Bazarın, şirkətin mövqelərinin, rəqiblərin fəaliyyətinin hərtərəfli təhlil edilməsi
- Satışın rüblük (həftə/ay) və illik strategiya planının tərtib edilməsi və uyğun olaraq hesabatların verilməsi
- Şirkətlərlə korporativ danışıqların aparılması - onlarla müqavilələrin bağlanılması
- Mövcud tərəfdaşlarla sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması
- Tərəfdaşlardan daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması
- Müştəri məmnuniyyətini təmin etmək və şikayətlərlə bağlı həll yolu axtarmaq
- Müştəri bazasının idarə olunması
- Code Academy adından sərgilərdə, konfranslarda iştirak - İş rejimi həftədə 5 gündür, iş saatları 10:00-19:00 arasıdır.

Görmək istədiyimiz bilik və bacarıqlar

- Fərdi və korporativ satış üzrə 5 il, komanda idarəçiliyi üzrə 2 il iş təcrübəsinin olması
- 28-35 yaş aralığında namizədlər
- Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
- Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
- Liderlik bacarığı
- Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Azərbaycan, rus, ingilis dillərində peşəkar şifahi və yazılı ünsiyyət qurma bacarığı
- Ofis proqramlarında yaxşı işləmə bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Güclü analitik düşünmə qabiliyyəti, problem həlletmə və operativlik bacarığı
- Satış, Marketing, İqtisadiyyat və ya Biznesin idarə olunması üzrə ali təhsil üstünlükdür

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Əmək haqqı danışıqlar əsasında təyin olunacaqdır. Rüblük bonus sistemi tətbiq olunacaqdır.
- Tibbi sığorta təminatı Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP