Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: CyberNet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-31

Biznes analitik

Vəzifə öhdəlikləri:

• Layihə çərçivəsində müştərinin (sifarişçi təşkilatın, qurumun) biznes-prosseslərinin öyrənilməsi üçün lazım olan intervyu planın, resurs siyahısının tərtib edilməsi və intervyuların aparılması;
• Layihə çərçivəsində müştəri ilə aparılmış intervyuların nəticəsi olaraq texniki sənədlərin (texniki tapşırıq, dizayn sənədi, use-case və s.) hazırlanması;
• Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin planının hazırlanması və onun birbaşa rəhbər ilə razılaşdırılması;
• Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin aparılması;
• Optimallaşdırılmış biznes proseslərinə görə korporativ informasiya sistemlərində dəyişikliklər etmək üçün texniki sənədlərin yazılmasında iştirak etmək;
• Təyin olunmuş layihələrin plana görə müddətlərin və digər şərtlərin yerinə yetirilməsinə nəzarət etmək;
• İş proseslərini optimallaşdırmaq üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
• Layihə çərçivəsində hazırlanan məhsulun müştəriyə təqdim edilməsi üçün tələb olunan təqdimat materialların (təqdimat sənədi, təhvil-təslim aktı və s.) hazırlanması və lazımi təqdimat, təlim proseslərinin aparılması;
• Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi.

Vəzifəyə dair tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində biliklər
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

İş şərtləri və şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP