SƏTƏM mühəndisi
 
JOB TITLE: SƏTƏM mühəndisi
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-31

Mətanət A” şirkəti  SƏTƏM MÜHƏNDİSİ vakansiyasını elan edir

İşin təsviri:

• İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
• İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
• İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
• İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini heyata keçirmək;
• İstehsalatda bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
• Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq.

Əmək haqqı:

• Razılaşma yolu ilə.

İş şəraiti:

• İş saatı: 08-00-dan 17-00-dək;
• Şənbə günü: 08:00-dan 12:00-a dək;
• İstirahət: Bazar günü.
• İş yeri: Qaradağ rayonunda yerləşən “Ağdağ əhəng və Gips” zavodunda olacaqdır.
• Nahar şirkət tərəfindən qarşılanır.
• Servis Xidməti mövcuddur.

Tələblər:

• Təcrübə müddəti: 3-5 il
• Təhsil: Ali təhsil

İxtisas Bilikləri və Bacarıqlar:

• SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
• Strateji yanaşma və planlı düşüncə tərzi;
• İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
• Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows,

Əlavə şərtlər:

• Ezamiyyət imkanları;

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP