Risklərin idarə edilməsi bölməsinin rəisi
 
JOB TITLE: Risklərin idarə edilməsi bölməsinin rəisi
EMPLOYER: Azerbaijan Railways CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-01 LAST UPDATED: N/A DEADLINE: 2019-07-21

Vakansiyanın adı: Risklərin idarə edilməsi bölməsinin rəisi

Vakansiyanın kodu: V19062702
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatı
Vakansiya üzrə struktur: İnstitutsional islahatların idarə edilməsi şöbəsi, Risklərin idarə edilməsi bölməsi

Ödəniş növü: Vaxtamuzd
Əməyin ödənilməsi dərəcəsi: 7
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 5 il
Tələb olunan komputer bilikləri: - MS Office proqramları – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri

- İngilis dili – sərbəst səviyyədə;
- Rus dili – sərbəst səviyyədə.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Analitik düşünmə, idarəetmə və kollektivlə işləmə bacarığı

Vəzifə üzrə tələb olunan biliklər

- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını;
- İqtisadiyyatın, idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsaslarını;
- Rəhbərlik etdiyi sahənin işçilərinin əməyinin ödənilməsi sistemini;
- Rəhbərlik etdiyi sahənin istehsal texnologiyasını;
- Respublikanın və xarici ölkələrinin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Digər tələb və üstünlük göstəriciləri

- Magistr dərəcəsi;
- Risklərin idarə edilməsi ilə bağlı beynalxalq sertifikatlar;
- Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu.

Vəzifə öhdəlikləri

- Ümumi risk sisteminin qurulması və tətbiqi ilə bağlı təklifləri hazırlamalı;
- Riskləri müəyyən etməli, qiymətləndirilməsi metodlarını hazırlamalı;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verməli;
- Risklərin idarə edilməsinin informasiya axını sistemini qurmalı;
- Risklərin idarə edilməsi üzrə beynalxalq təcrübəni öyrənməli, tətbiqini hazırlamalı və hesabatı təqdim etməli;
- Hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığını aparmalı;
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflər hazırlamalı;
- Tabeliyində olan işçilərin müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsini tələb etməli;
- Tabeliyində olan işçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verməli.

Vakansiyanın elan olunma tarixi: 27.06.2019
Son müraciət tarixi: 20.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1053

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP