Korporativ müştərilərlə iş üzrə koordinator
 
JOB TITLE: Korporativ müştərilərlə iş üzrə koordinator
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-02 LAST UPDATED: N/A DEADLINE: 2019-08-01

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson   “Korporativ müştərilərlə iş üzrə koordinator” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri

• Yeni Korporativ müştərilər ilə əlaqələr qurmaq:
• Mütəmadi olaraq müvafiq şirkətləri müəyyən etmək və təklif məktubları göndərmək
• İşgüzar danışıqlar və yazışmalar aparmaq;
• Müştəri bazasını yaratmaq;
• Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələləri vəzifə səlahiyyəti çərçivəsində həll etmək;
• Korporativ müqavilələrin hazırlanmasını və imzalanmasını təmin etmək;
• Korporativ görüşlərə “Barattson Company” profili üzrə  tədqimat materialları ilə getmək;
• Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarını müvafiq bölmələrdən məlumat alaraq hazırlamaq;
• Korporativ müştərilərin ödənişlərinə ümumi nəzarət etmək və  ödənişlərin vaxtında ödənilməsini təmin etmək.
• Müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq;
• Xətti meneceri tərəfindən tələb olunan hesabatları təqdim etmək;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Əsas tələblər:  

• Ali təhsil 
• Korporativ əlaqələr üzrə ən azı 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis dili-  “intermediate” səviyyəsi. Rus dilini bilmək üstünlükdür
• Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point yaxşı bilmək
• İnsanları inandırma bacarığı
• Peşəkar danışıq  qabiliyyəti,Təqdimat etmə bacarığı
• Təzyiq altında işləmək bacarığı  
• Dürüst və məsuliyyətli olmalı

Əmək haqqı:  400 AZN + bonus.
İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ müştərilərlə iş üzrə koordinator”qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi:  30 İyul 2019 cu il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP