Layihə üzrə menecer
 
JOB TITLE: Layihə üzrə menecer
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-02 LAST UPDATED: N/A DEADLINE: 2019-08-01

Layihə üzrə menecer

Tələblər

• Ali ixtisas təhsili
• 35 + yaş həddi
• İşçi heyəti 100 nəfərdən artıq olan tikinti şirkətlərində rəhbər vəzifələrdə min  5il iş təcrübəsi
• İdarəetmə və təhlil etmə bacarığı,  tələbkarlıq, təşkilatçılıq və təşəbbüskarlıq  xüsusiyyətlərinə malik  olmalıdır

Vəzifələr

• Layihənin ümumi istehsalat fəaliyyətinə rəhbərlik edir
• Tikinti obyektlərində  prosesləri təşkil və koordinasiya edir
• Tikinti planlaşdırılmasının, iş cədvəllərinin  nəzarəti və yoxlanması
• Layihə -smeta  və digər müvafiq sənədlərin alınmasının təşkili
• Layihə büdcələnməsinin təşkili və nəzarəti 
• Obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, əmək haqqı və əmək məsuldarlığı artırılmasının arasındakı düzgün nisbətə riayət edilməsini təmin edir
• Layihənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil edir
• Layihənin / tikinti obyektlərin planının formalaşması üçün işlər toplusunu hazırlayır
• Sahə rəislərinə rəhbərlik edir,  onlara veriləcək  tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir
• Başa çatmış ayrı-ayrı mərhələ və iş komplekslərini sifarişçiyə təhvil verir
• Sifarişçi, subpodrat və digər təşkilatlarla əsaslı tikinti üzrə podrat müqavilələrin bağlanması üçün hazırlıq və rəsmiləşdirmə işlərində iştrak edir
• Müqavilə əsasında sahənin obyektlərində işləyən subpodrat təşkilatları xüsusi işlərin icrası üçün yardımcı bina, enerji təchizatçı, yerli tikinti materialları və s. ilə təmin edir, onların fəaliyyətini əlaqələndirir və onlardan görülmüş işləri qəbul edir
• Layihənin texniki-iqtisadi təhlilini aparır.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hrm_jobs@mail.ru elektron ünvana təqdim edə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP