İnsan Resursları üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə aparıcı mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-02 LAST UPDATED: N/A DEADLINE: 2019-08-01

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali
Yaş həddi: 23-36

İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Statistika hesabatlarını hazırlamaq;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP