Təcrübəçi mühəndis texnoloq
 
JOB TITLE: Təcrübəçi mühəndis texnoloq
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: 2019-07-17 DEADLINE: 2019-08-16

STP MMC-nin zavodlarından biri olan Kabel zavodu üçün 2 nəfər təcrübəçi axtarışındayıq. Yeni əməkdaşlar Kabel zavoduna “Təcrübəçi mühəndis texnoloq” kimi cəlb ediləcəklər və ilk 3 ay ərzində istehsalat prosesi ilə tanış olub iş prosesini öyrənəcəklər və uğurlu təcrübə proqramının sonunda fəaliyyətlərini elə həmin zavodda mühəndis-texnoloq kimi davam etdirə biləcəklər.

Namizədlərə dair tələblər:

• Kabel istehsalı, texnologiyası, energetika, fizika, Elektronika və s. sahəsi üzrə yeni məzun olmuş məzunlar və ya son kurs tələbələr;
• Giriş balları və universitet qiymətləri yüksək olan namizədlərə üstünlük veriləcəkdir;
• Namizədlər mükəmməl Rus dili biliyinə malik olmalıdırlar;

STP MMC tərəfindən təcrübəçilərə təklif edilən şərtlər:

• Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
• Təcrübə müddətində başlanğıc əmək haqqı;
• Zavodun profili üzrə müvafiq peşənin öyrədilməsi;
• Nahar;
• Bakı və Sumqayıt şəhərlərindən nəqliyyat;

Namizədlərdən CV-lərini mövzu yerinə vakansiyanın adını qeyd edərək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP