Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Technoil LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-09 LAST UPDATED: N/A DEADLINE: 2019-08-08

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Cəmiyyət tərəfindən göstərilən xidmətlərin və istehsal olunan məhsulun keyfiyyətinin qüvvədə olan standarta və müştərilərin tələblərinə uyğunluğunun təşkilində və həyata keçirilməsində iştirak edir.
- Cəmiyyət tərəfindən təqdim olunan məhsulların keyfiyyətinin idarə edilməsi üzrə uçotunu aparır və hesabatlar tərtib edir.
- İdarəetmə Sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak edir.
- Şöbə müdirinin göstərişi ilə İdarəetmə Sistemləri ilə bağlı olan məsələlər daxil olmaqla Cəmiyyətin normativ sənədlərini hazırlayır.
- Cəmiyyətin struktur bölmələrinin daxili auditində iştirak edir.
- Keçirilmiş daxili audit üzrə hesabatların hazırlanmasında iştirak edir.
- Rəhbərlik tərəfindən İdarəetmə Sisteminin analizi üçün zəruri olan məlumatın yığılmasını və sistemləşdirilməsini təmin edir.
- Məlumatı analiz edir, İdarəetmə Sistemlərinin proseslərinin və ümumilikdə İdarəetmə sisteminin səmərəliyinin funksiyalaşdırılması prosesi haqqında hesabatları tərtib edir.
- İdarəetmə Sistemlərinin sənədlərinin hazırlanmasında, Cəmiyyətin struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
- Cəmiyyətin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində tədbirlər keçirir.
- Prosesləri, prosedurları, qaydaları Cəmiyyətin əməkdaşlarına çatdırır və praktik məsələlərdə dəstək göstərir.
- Keyfiyyət üzrə dövri qiymətləndirmə sistemlərini hazırlayır.
- Məhsulun istehsalı üçün təchiz edilən qablaşdırma və köməkçi qablaşdırma mallarının yoxlanılmasını həyata keçirir və şöbə müdirinə hesabat verir.

Vəzifəyə olan tələblər:

- İSO 9001 standartı və tətbiq ediləcək digər standartlar üzrə bilikləri ;
- İSO 19011 standartı üzrə bilikləri ;
- Məntiqi analiz qabiliyyəti, qərar vermə və idarəetmə üzrə bilikləri ;
- İdarəetmənin təməl prinsiplərini;
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- İngilis dili biliyi orta səviyyədə
- Kompyuter bilikləri (MS Office, MS Visio) yaxşı səviyyədə

Vəzifəyə tələb olunan səriştələr:

1. Təşəbbüskarlıq göstərən
2. Nəticə yönümlülük
3. Məsuliyyətlilik
4. Problem həll etmə qabiliyyəti

Əmək şəraitinin şərtləri:

1. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
2. İş vaxtı 1-6-cı günlər.
3. Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
4. Əmək haqqı 500-700 AZN (təcrübədən asılı olaraq)
Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.

CV - lər 20 İyul 2019-cu il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis/aparacı mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP