Topoqraf
 
JOB TITLE: Topoqraf
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-10 LAST UPDATED: N/A DEADLINE: 2019-08-09

Topoqraf

MKT-İK MMC (Pambıq müəssisəsi) Topoqraf vakansiyasına işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Torpağın xarakterik xüsusiyyətlərinə dair məlumat toplamaq,

• Topoqrafik çəkiliş prosesində istifadə ediləcək avadanlığı müəyyən etmək,
• Çəkiliş məlumatlarını, o cümlədən yerlərdə aparılan hesablama və qiymətləndirmələrin dəqiqliyini yoxlamaq və məlumat vermək;
• Torpaq sənədlərinə aid həftəlik, aylıq hesabatları hazırlamaq,
• Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə almaq,
• Layhələrin ərazidə yerləşdirmək,
• Layihələrin dizayn çəkmək,
• Horizontal xəritələrin hazırlamaq,
• Planda profil xətlərinin cızılması və profil boyu hündürlüklərin müəyyən etmək,
• Torpaq sənədlərinin elektron formaya (pdf)gətirmək,
• Torpaq sənədlərinə uyğun olaraq hesabatların hazırlamaq,
• Koordinat nöqtələrinin dəqiq olmasında və yoxlamaq
• Cədvəl və sxemlər hazırlamaq, relyef barədə dəqiq hesablamalar aparmaq və yerin səthi ilə bağlı digər xarakterik xüsusiyyətlərə dair məlumatlar toplamaq,
• Təşkilatın təlimatlarına uyğun olaraq topoqrafik çəkiliş hesabatı və hesabatına əlavə ediləcək sxem hazırlamaq,
• Geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazırlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək,

Tələblər:

• Nivelirdən, teodolit və peyk vasitəsilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edə bilmək;
• Topoqraf alətlərdə plana alınmış fayların Cad formasına çevirməki, (Proqramları Global mapper. Exspert GPS, Leica GSİ, Leica Flex Office, Leica Flex Line, Bently Microstation),
• AutoCad Civil 3 D proqramında Trianqulyasiya şəbəkəsinin yaradılması ilə qazıntı aparılmış yerlərdə torpaq həcminin hesablaya bilmək;
• Plana alınmış ərazilərin Google Earth proqramında yerləşdirmək,
• Ali Təhsil
• Məlumatların AutoCad Civil 3 D proqramında emal etmək

İş qrafiki: 5 günlük, 09:30-18:30ğ

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Topoqraf” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP