Sinif rəhbəri
 
JOB TITLE: Sinif rəhbəri
EMPLOYER: MTK International School DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: 2019-07-19 DEADLINE: 2019-08-14

Kateqoriya: Azərbaycan bölməsi: Yuxarı siniflər üzrə vakansiya

Vəzifə: Sinif rəhbəri

Yerləşmə: Bakı, Azərbaycan

İşəgötürən: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Elanın verilmə tarixi: 15 iyul 2019-cu il

Elanın bitmə tarixi: 20 avqust 2019-cu il

İşə başlama tarixi: 15 sentyabr 2019-cu il

Müqavilə növü: həftə içi 5 iş günü (tam iş günü)

Əmək haqqı: Yüksən ödənişli

Vəzifə haqqında: 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində azərbaycan bölməsi üzrə sinif rəhbəri vəzifəsinə müraciət etmək üçün ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.

Namizədlərə tələblər:

• Pedaqoji ixtisas üzrə bakalavr dərəcəsi;
• Yuxarı siniflərdə Sinif rəhbəri vəzifəsində ən azı 1-3 il iş təcrübəsi (5-11 siniflər);
• Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı;
• 11-18 yaş qruplarını əhatə edən təhsil alanlarla böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı;

Öhdəliklər:

• Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
• Məktəbin tədris planının tələblərinə və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
• Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
• Şagird nailiyyətləri barədə vaxtında əhəmiyyətli rəy vermək;

Beynəlxalq MTK məktəbinin üstünlükləri:

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi burada təhsil alan şagirdlərə və çalışan bütün müəllimlərə müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş təhsil mühitini təklif edir. İşəgötürmə ilə bağlı mükəmməl şərait ilə yanaşı, Kompleksimiz dəstəkləyici mühitə malikdir, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik professional inkişaf üçün fürsətlər yaradır.
Kompleks haqqında əlavə məlumat: http://www.mtk.edu.az/en/ 

Bizimlə əlaqə:

Maraqlanan namizədlər aşağıdakı sənədləri təqdim etməklə müraciət edə bilərlər:

• Müvafiq vəzifəyə uyğunluq haqqında motivasiya məktubu (250-300 söz) (Word/PDF formatında),
• CV (şəkil ilə) (Word/PDF formatında).
 
Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn, sinif rəhbəri-azərbaycan bölməsi) qeyd olunmaqla, hr@mtk.edu.az, elektron ünvanına göndərilməlidir

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP