Aparıcı iqtisadçı
 
JOB TITLE: Aparıcı iqtisadçı
EMPLOYER: Azərbaycan Dəmir Yolları DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Vakansiyanın adı: Aparıcı iqtisadçı

Vakansiyanın kodu: V19052407/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: İnvestisiyaların planlaşdırılması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi:

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: -
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, maliyyə, idarəetmə sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri: 
MS Office – yaxşı səviyyədə;
Sahə ilə əlaqədar modelləşdirmə alətləri – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
İngilis dili – sərbəst səviyyədə;
Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Azərbaycan Respublikasının maliyyə və investiya sahəsinə aid müvafiq qanunvericiliyə dair biliklər;
-Xərc-fayda təhlili və maliyyə təhlili üzrə rəhbəredici və metodiki materiallar;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Korporativ loyallıq; operativlilik, ünsiyyət qurmaq bacarığı

Tələb olunan vəsiqə və ya sertifikat: -
Digər tələb və üstünlük göstəriciləri: Avropa və ABŞ-da bakalavr, magistr təhsili, idarəetmə üzrə təhsili olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Cəmiyyətin İnvestisiya Proqramına daxil edilməsi üçün təqdim edilmiş layihə təkliflərinə dair texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi hesablama və layihə-smeta sənədlərini təhlil etmək, müəyyən olunmuş meyarlar əsasında onların səmərəliliyini qiymətləndirmək və prioritetləşdirmə barədə təkliflər vermək, İnvestisiya Proqramının hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin investisiya layihələrinin idarə edilməsi üzrə hesabatlılığın təmin edilməsi, elektron və yazılı məlumat bazasının yaradılması, məlumatların müvafiq dövriyyəsi və mütəmadi olaraq yenilənməsinə dair təkliflər vermək;
-İnvestiya planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-İnvestisiya proqramı ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək;
-İnvestisiya layihələrinin TİT, dövlət-özəl tərəfdaşlıq və digər metodlarla reallaşdırılması barədə təkliflər vermək;
-Layihələrin icrasının monitorinqi ilə əlaqədar məlumatları təhlil etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1185

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP