Aparıcı mühəndis
 
JOB TITLE: Aparıcı mühəndis
EMPLOYER: Azərbaycan Dəmir Yolları DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Vakansiyanın adı: Aparıcı mühəndis

Vakansiyanın kodu: V19052408/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: İnvestisiyaların planlaşdırılması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: -

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: -
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İnşaat mühəndisi, Mexanika mühəndisi sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:
-MS Office – yaxşı səviyyədə;
-AutoCAD – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
-İngilis dili – sərbəst səviyyədə;
-Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Azərbaycan Respublikasının maliyyə, investiya və tikinti sahəsinə aid müvafiq qanunvericiliyə dair biliklər;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Korporativ loyallıq; operativlilik, planlaşdırma

Tələb olunan vəsiqə və ya sertifikat: -
Digər tələb və üstünlük göstəriciləri: Avropa və ABŞ-da bakalavr təhsili, magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri və prioritetləri nəzərə alınmaqla Cəmiyyətin aparatının struktur bölmələri və strukturuna daxil daxil olan qurumlardan əldə edilmiş layihə təklifləri əsasında Cəmiyyətin İnvestisiya Proqramının hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin İnvestisiya Proqramına daxil edilməsi üçün təqdim edilmiş layhə təkliflərinə dair texniki-iqtisadi əsaslandırma, texniki-iqtisadi hesablama və layihə-smeta sənədlərinin təhlili və qiymətləndirilməsi ilə bağlı rəy və təkliflər vermək;
-Dəmir yolu üzrə ehtiyacın ödənilməsi məqsədilə yeni tikinti, yenidənqurma, modernizasiya və təmir işləri üzrə dizayn, konseptual və müfəssəl layihələndirmə, smetanın hesablanması, ilkin məlumatların hazırlanmasının təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;
-Cəmiyyətdə investisiya layihələrinin idarə edilməsi üzrə hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalının müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsi və mütəmadi olaraq yenilənməsində iştirak etmək;
-İnfrastruktur layihələrinə investiya qoyuluşu istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-İnvestisiya proqramı ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1186

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP