Layihə-smeta üzrə mühəndis
 
JOB TITLE: Layihə-smeta üzrə mühəndis
EMPLOYER: Azərbaycan Dəmir Yolları DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Vakansiyanın adı: Layihə-smeta üzrə mühəndis

Vakansiyanın kodu: V19052402/2

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: -

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: -

İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Nəqliyyat tikintisi mühəndisliyi və ya İnşaat mühəndisliyi

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:
-MS office – yaxşı səviyyədə;
-AutoCAD – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
-İngilis dili – sərbəst səviyyədə;
-Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər: 
-Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkili;
-Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqları;
-İnşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə qiymət cədvəllərinin topluları;
-Avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydaları;
-İstehsalatın təşkili, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydaları.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Planlaşdırma, korporativ loyallıq, operativlilik

Tələb olunan vəsiqə və ya sertifikat: 
Digər tələb və üstünlük göstəriciləri: Xaricdə bakalavr təhsili və ya magistr təhsili almış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Dəmir yolu üzrə ehtiyacın ödənilməsi məqsədilə aktivlərin ilkin əldə olunması, modernizasiyası və yenilənməsi zamanı onların dizaynı, konseptual və müfəssəl layihələndirilməsi, smetasının hesablanmasının, ilkin məlumatların hazırlanmasının təşkil edilməsi ilə bağlı rəy və təkliflər vermək;
-İnşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə qiymət cədvəllərinin hazırlanmasında iştirak etmək;
-Avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydaları ilə bağlı rəy və təkliflər vermək;
-Aktivlərin əldə edilməsi zamanı risklərin aşkar edilməsi, qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1182

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP