Quraşdırıcı
 
JOB TITLE: Quraşdırıcı
EMPLOYER: Baku Shipyard LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: N/A DEADLINE: 2019-08-14

Quraşdırıcı

Namizədə dair tələblər

- Metalların və boruların  növləri, onların ümumilikdə material tərkibi haqqında məlumatlı olmaq 
- Boru və metal quraşdırma kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəni bacarmalı
- İşlə bağlı çertyoj və planı oxumağı bilməli,  izah etməyi bacarmalı
-  Çertyoj əsasında metal hissələri, boruları və bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
- Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Metal və boru konstruksiyası  sahəsində minimum 3 illik iş təcrübəsi
- Əlavə iş vaxtında və növbəli iş rejimində işləmək imkanına sahib olmalı
- Kollektivdə və komanda şəklində  işləməyi  bacarmalı

İş barədə məlumat

 Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən müxtəlif diametrli metal hissələrdə və borularda quraşdırma əməliyyatlarını həyata keçirmək
 Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
 İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
 Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması
 İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
 Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
 Sığorta Təminatları var
        
Maraqlanan namizədlər hr@bakushipyard.com e-mail ünvanına CV göndərə və ya (012) 446 49 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP