Satış Təmsilçisi
 
JOB TITLE: Satış Təmsilçisi
EMPLOYER: Developia Engineering Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-15 LAST UPDATED: 2019-07-15 DEADLINE: 2019-08-14


Şirkət haqqında:
Developia Engineering olaraq sənaye sahəsində fəaliyyət göstərdiyimiz bir-çox mühəndislik xidmətləri ilə yanaşı Developia Engineering Academy adı altında sənayedə olan bir neçə spesifik mühəndislik növlərində indiyə kimi qazandığımız təcrübəni paraktiki şəkildə tədris edirik.
Bura uşaqlar və böyüklər üçün proqramlaşdırma kurslarından, 3D modelləşdirmə, Autocad kurslarına, bu sahədə peşəkar olmaq istəyən mühəndislər üçün Proses, Avtomatika və Elektrik mühəndisliyi kurslarına qədər bir çox önəmli mühəndislik sahəsi daxildir.

Satış Təmsilçisi

Namizədə dair əsas tələblər:
• Yaş həddi: 20-28
• Cins: Qadın
• Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək və səlis danışıq
• Ünsiyyət qurma bacarığı
• Müvafiq vakansiya üzrə minimum 1 il iş təcrübəsi
• Kollektivlə işləmə bacarığı
• Korporativ satış sahəsində təcrübəsi olmalı
• Danışıqlar aparma qabiliyyəti
• Ünsiyyətcil, gülərüz və məsuliyyətli olmaq

Əsas vəzifə və öhdəliklər:
• Telefonda və üz-üzə satışın təlimata uyğun aparılması
• Ofisə gələn müştərilər ilə ünsiyyət qurmaq və məhsullarımızın müştəriyə təklif edilməsi
• Yeni və mövcud müştəri bazası ilə işləmək
• Telefon zənglərinə cavab verilməsi
• Sosial media hesablarına nəzarət

Şərtlər:
• İş qrafiki: həftənin 6 günü iki növbəli iş qrafiki, saat 09:00-17:00 və 14:00-21:00
• AR əmək məcəlləsinə uyğun sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqları əsasında təyin edilir

Maraqlanan şəxslər şəkilli CV-lərini ” Satış Təmsilçisi” başlığı ilə hr@developia.az ünvanına göndərilməlidir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP