Mağaza meneceri (Qusar şəhəri-Şirvanovka)
 
JOB TITLE: Mağaza meneceri (Qusar şəhəri-Şirvanovka)
EMPLOYER: İnternational Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-16 LAST UPDATED: 2019-07-16 DEADLINE: 2019-08-15

İnternational Company

Vəzifə: Mağaza meneceri (Qusar şəhəri-Şirvanovka)
Əmək haqqı: 500-650 AZN (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən edilir)
Əmək Məcəlləsinə uyğun işə qəbul
İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək.

Vəzifə öhdəlikləri:
• Günlük, həftəlik, aylıq hesabatlar tərtib etmək və rəhbərliyə təqdim etmək;
• Mağazanın gündəlik tələbatını yerinə yetirmək və maksimum gəlir təminatına nail olmaq;
• Müştərilərin mağazanı tam razı və təbəssümlə tərk etmələrinə nail olmaq;
• Müştəri məmnuniyyətinə nail olmaq və onların mağazada özlərini təhlükəsiz və rahat hiss etməklərini təmin etmək;
• Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsü aparmaq və ümumi rəhbərliyi həyata keçirmək;
• Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin irəli sürülməsi;
• İş gününün əvvəlində işin planlaşdırılması, keçmiş gündən çıxarılan nəticələr və tövsiyyələr üzərində təşkilatı məsələlər üzrə qısa müddətli iclaslar keçirmək;

Namizədə qarşı tələblər:
• Təhsil: Ali ( Magistr təhsili arzuolunandır);
• İş təcrübəsi: 2-5 il müvafiq sahə və satış sahəsi üzrə təcrübə;
• Yaş həddi: 28-45;
• Dil biliyi: Azərbaycan, Rus (əla səviyyədə), İngilis dili (arzuolunandır);
• Komputer biliyi: MS Windows, MS Office proqramları əla səviyyədə (Excel, Word, Outlook);
• Üstünlüklər: 1C proqramı

Nəzəri biliklər:
• Komanda ilə işləmə bacarığı və liderlik qabiliyyəti
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
• Ezamiyyətlərə açıq olmalıdır.

Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır. CV göndərərkən mövzu qismində "Mağaza meneceri" başlığının yazılması mütləqdir!
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr.shopsaz@gmail.com ünvanına göndərə bilərlər.

 Əlaqə telefonu: (050) 280-28-24

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP