Elektrik
 
JOB TITLE: Elektrik
EMPLOYER: AccessBank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-16 LAST UPDATED: 2019-07-16 DEADLINE: 2019-08-15
 
Elektrik  
 
Əsas öhdəlikləri: 
 
  • Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə lampaların, köhnə elektrik naqillərinin dəyişilməsi, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər aiddir. 
  • Bankın, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi.  
  • İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması. 
  • Bankdakı elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi.
 
Tələblər:
 
  • Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 2-ci elektrik dərəcəsi və ya səlahiyyətli təşkilatlarda attestasiya 
  • Ən azı 2 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi 
  • İş müddətində verilən fasilənin 2 ildən artıq olmaması 
  • Yaş məhdudiyyəti yoxdur 
  • Azərbaycanın regionlarına tez-tez səfər etmək imkanı
 
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
 
Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP