Kadırlar üzrə mütəxəssis
 
JOB TITLE: Kadırlar üzrə mütəxəssis
EMPLOYER: Titan Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-17 LAST UPDATED: N/A DEADLINE: 2019-08-16

Kadırlar üzrə mütəxəssis

Əmək haqqı: 500
Yaş: Yaş məhdudiyyəti yoxdu
Təhsil: Ali
İş təcrübəsi: 3 il
Şirkət: Titan Group
Şəhər: Bakı
Kateqoriya: Sənaye, istehsal

E-mail: hr@titan.az

İş barədə məlumat:

– HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
– Kadr tələbinin planlaşdırılması;
– Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
– Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının həyata keçirilməsi;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin davamiyyət uçotunun aparılaması;
– İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

Tələblər:

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
Azərbaycan, rus və ingilis dillərini bilməli;
MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
İnsan resursları sahəsində azı 3 il iş təcrübəsi;

İş barədə məlumat:
- İş yeri Baş ofis  Yusif Səfərov 1a
- İş qrafiki: 09:00-18:00 - I-V günlər..

Uyğun namizədlərdən şəkilli CV-lərini email ünvanına göndərmək və mətn mövzu hissəsində  (“Kadırlar üzrə mütəxəssis”) yazmaq xahiş olunur. Şəkilsiz CV nəzərə alınmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP