Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: Ultra Technologies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-18 LAST UPDATED: N/A DEADLINE: 2019-08-17

Biznes analitik
 
İş barədə məlumat:
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
- Proqram təminatı layihələrində biznes analiz işlərinin aparılması, texniki tapşırıqların hazırlanması, layihə planı hazırlanması, proqram təminatını yüksək səviyyədə test edilməsi, proqram təminatının təlimlərini keçirilməsi, proqram təminatının texniki sənədlərinin hazırlanması
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı sınaq müddəti ərzində 400 azn, sınaq müddətindən sonra 700-800 azn
-  Respublika daxili rayon və şəhərlərə ezamiyyətlərə hazırlıqlı olmalıdır
 
Namizədə tələblər
- Yaş həddi: 25-35 yaş
- Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1-3 il iş təcrübəsi
- Adobe Photoshop, MS Visio, MS Project,  MS Office proqram təminatlarını yaxşı bilmək
- Dil bilikləri:  Azərbaycan  dilini səlis bilmək;  Rus və ingilis dilini bilmək üstünlükdür.
- Analitik düşünmək və problem həll etmək bacarığı
 
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində  “Biznes analitik” qeyd edərək öz CV-lərinizi hr@ultra.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP