Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Bridge Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-22 LAST UPDATED: N/A DEADLINE: 2019-08-21

BRİDGE Group of Companies

Vakansiya: Hüquqşünas

Namizədə dair tələblər:

∙ 23-30 yaşlı oğlan,
∙ Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsinə malik olmaq,
∙ Hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsinə malik olmaq,
∙ 2 ildən yuxarı ixtisas üzrə iş təcrübəsinə malik olmaq,
∙ Azərbaycan, ingilis, rus dillərini bilmək (yazı və danışıq),
∙ Azərbaycan Respublikasının mülki, əmək, inzibati, vergi, kommersiya, mülki-prosessual, inzibati-prosessual hüquq sahələrinə dair mükəmməl biliklərə malik olmaq,
∙ Kompyuter (Internet, Word, Excel) biliklərinə malik olmaq,
∙ Yaşayış yeri Bakı şəhəri olmalıdır,
∙ Ünsiyyətçil, əməksevər, dəqiq, punktual, geniş dünya görüşlü, komandada işləmək bacarığına və prezentabelli xarici görünüşə malik olmalıdır.

İşçinin vəzifələri:

∙ Təşkilatın fəaliyyətinə dair bütün hüquqi sənədlərin, aktların, qərarların, protokolların hazırlanması,
∙ Yerli və xarici şirkətlər arasında müqavilələrin hazırlanması, Azərbaycan, rus, ingilis dillərində olan müqavilələrin ekspertizası, onlara müvafiq qeydlərin, dəyişikliklərin edilməsi və rəy bildirilməsi.
∙ Məhkəmə, icra hakimiyyəti, bələdiyyə orqanları, ictimai təşkilatlar, hüquqi şəxslər və digər üçüncü şəxslər qarşısında təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi, rəsmi yazışmaların həyata keçirilməsi,
∙ Rəhbərlik tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi, rəhbərliyə hüquqi məsləhətlərin verilməsi.

Əmək şəraiti:

∙ Təşkilatın yerləşdiyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bridge Plaza Biznes Mərkəzi,
∙ İş vaxtı: Bazar ertəsi-Cümə, saat 9:30-dan 18-00-dək, nahar fasiləsi 13:00-dan 14:00-dək,
∙ Əmək haqqı müsahibənin nəticələri əsasında müəyyənləşdirilir,
∙ Karyera yüksəlişi və əmək haqqının artması imkanları,
∙ Müsbət nəticələr əldə edildikdə mükafat əldə etmək imkanı.

Namizədə dair tələblərdən hər hansı birinə cavab verməyən namizədlərdən xahiş olunur ki, CV və rezümelərinizi göndərəməyəsiniz, bu şəxslər müsabiqədə iştirak etməyəcəklər.

E-mail: d.hamidova@bridgeplaza.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP