Sürücü
 
JOB TITLE: Sürücü
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-23 LAST UPDATED: N/A DEADLINE: 2019-08-22

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Sürücü 

Vəzifə öhdəlikləri

- İnzibati Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, şirkətin avtonəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə uyğun idarə edilməsi
- Avtomobilin texniki vəziyyətinin yoxlanılması və idarə etməzdən əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
- Şirkət avtonəqliyyat vasitəsitələrinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək

- Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək

Tələb olunan təhsil və biliklər:

- Xidmət olunan avtonəqliyyat vasitəsinin iş prinsipini və quruluşunu
- Avtomobillərin texniki istismarı qaydası
- Hərəkətin təhlükəsizliyinin əsaslarını
- Avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydası
- Yol Hərəkəti qaydaları və Yol nişanların tələbləri

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Sürücü” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP