Elektronçu
 
JOB TITLE: Elektronçu
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-26 LAST UPDATED: N/A DEADLINE: 2019-08-25

Elektronçu

Namizədə tələblər:

• Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri)
• Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
• Yaş həddi: 25– 45
• Azərbaycan dili səlis, rus dili texniki səviyyədə
• Radioelementlər haqqında baza bilikləri
• Elektrotexniki sahədə biliklər
• Lehimləyici avadanlıqla professional işləmə bacarığı
• Elektron avadanlıqların sxemlərini oxuma bacarığı
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı

Öhdəliklər:

• İstehsalat avadanlıqlarının təmiri və diaqnostikası,
• Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri,
• Avadanlıqların sıradan çıxmış detallarının lehimləmə səviyyəsində təcili və keyfiyyətli təmiri,
• Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması
• Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılmasında iştirak
• Təmir olunmuş elektron avadanlıqlara texniki baxışın keçirilməsi

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftəlik 5 iş günü
• Nahar ilə təmin edilmə
• Nəqliyyat ilə təmin edilmə
• Əmək haqqı - 1000-1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hrcompany18@yahoo.com elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Elektronçu” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətinizə baxılmayacaq.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP