Dizayn mühəndisi
 
JOB TITLE: Dizayn mühəndisi
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-26 LAST UPDATED: N/A DEADLINE: 2019-08-25

Vəzifə adı: Dizayn mühəndisi

“Azertexnolayn” MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Dizayn mühəndisi” axtarırıq

Əsas vəzifə öhdəlikləri:

 İstehsal ediləcək məhsulları xüsusi kompüter proqramlarında dizayn, analiz (Statik , Axışqan mexanikası, lazım olduqda fiziki analizlər) və montaj etmək (Assembly), montajı parçalamaq, məhsul ağacı hazırlamaq;
 Bütün hissələri CAM (Computer aided manufactring ) G kodlarına cıxararaq dəzgahlara göndərmək;
 Dizayn Programı qurmaq, əmrlər və ara üzləri (İnterface) digər istifadəçilər üçün əlverişli hala gətirmək;
 Digər əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq və emalata göndərmək;
 Yeni innovativ məhsullar ücün lazımlı arışdırmalar etmək ve ona görə detalları dizayn edib analiz etmək;
 Detallaın ve montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;
 Dizayn edilən bütün məhsulların yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartlara cavab verməsini təmin etmək;
 Qəlibləmə üçün modellərin və içliklərin dizayn edilməsi;
 Emalatla sıx əlaqədə işləmək.

Seçim meyarları:

İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il
Təhsili/ixtisası: Ali texniki təhsil (xaricdə təhsil arzuolunandır)
Təlim və kurslar: Dizayn üzrə təlimlərə qatılması əlavə üstünlükdür
Komputer bilikləri: Solidworks (üst səviyyədə), Ansys və CAM (əlavə üstünlük), MS office
Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək.
Yaş: 25-35 yaş

Fərdi keyfiyyətlər:

Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş şərtləri:

Struktur: Texniki Avadanlıqlar Zavodu / Dizayn Şöbəsi
İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir

Şirkətimiz haqqında:

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan “Azertexnolayn” MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur: Su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan 400 – 2000 mm diametrdə istehsal oluna bilən polad borular, 400 - 2400 mm diametrə qədər istehsal oluna bilən Polad armaturlu Qofralı Kanalizasiya boruları, 16 – 630 mm diametrə qədər PE təzyiqli su və qaz boruları, paslanmaz metal hasar, Plastik fittinqlər və müxtəlif çeşidlərdə injeksiya məhsulları.
Su siyirtməsi, qaz siyirtməsi, dairəvi siyirtmə, yanğın hidrantı, suvarma hidrantı, quyu qapaqları, yağış barmaqlıqları, demontaj parçası, əks klapan, hava klapanı, təmizləyici qurğu, siyirtmə qovşağı, bulaq qurğusu, park oturacağı və.s Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə əldə etdiyi sertifikatlar: ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 29001, APİ 5L

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Dizayn mühəndisi” başlığı altında hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP