Qarabağ və Göygöl Şərab brendlərinin satışı üzrə rəhbər
 
JOB TITLE: Qarabağ və Göygöl Şərab brendlərinin satışı üzrə rəhbər
EMPLOYER: Göygöl Şərab Zavodu ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-07-30 LAST UPDATED: N/A DEADLINE: 2019-08-29

Şirkət haqqında:

150 illik tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim ən böyük şərab emalı müəssisəsidir. Hazırda “Göygöl Şərab Zavodu” ASC konyak və şərab məhsullarından əlavə “Xan” markası ilə müxtəlif növ araq məhsulları eləcə də alkoqolsuz sərinləşdirici içkilər istehsalı və distribusiyası ilə məşğuldur.

Qarabağ və Göygöl Şərab brendlərinin satışı üzrə rəhbər

Məqsədlər: Göygöl Şərab zavodunun şərab məhsullarını qoyulan planlar çərçivəsində satışını təmin etmək.

İş öhdəlikləri

• Satış komandasının planlaşdırılan satış həcminə görə qurmaq
• Öhdəliyində olan satış təmsilçilərini idarə etmək
• Satış hədəfləri təyin etmək və bu hədəflərə nail olmaq
• Müştəri bazasının hazırlanması və satış təmsilçilərini bu hədəflər üzrə yönləndirmək
• Müştəri rutların idarə edilməsi
• Ərazidə olan borc öhdəliklərinə nəzarət etmək
• HORECA istiqaməti üzrə satış planlarının və satış strategiyalarının hazırlanması
• Spirtli içkilərin və şərab məhsullarının tanıtımı işlərinin həyata keçirilməsi
• Müştəri bazasının idarə edilməsi və loyal müştəri kütləsinin formalaşdırılması üçün planların hazırlanması

İşçiyə tələblər

• Ali təhsilin olması
• Rus dilində sərbəst ünsiyyət
• 5 il satış təcrübəsinin olması
• Sürücülük vəsiqəsinin olması
• Şərab və digər alkoqollu içkiləri qiymətləndirməyi bacarmalı
• Rus və ingilis dili danışıq səviyyəsində olmalıdır.
• Ən azı bakalavr təhsilinin olması
• Şəxsi avtomobilinin olması (şirkət benzin və digər xərcləri qarşılayır.)

Üstünlük verilən işçilər

• Şərab və alkoqollu içkilər sahəsində iş təcrübəsinin olması
• Şərab məhsulları və təqdimatını etmə qabiliyyətinin olması

İş qrafiki və əməkhaqqı

• İş qrafiki həftənin 6 günü
• Bazar ertəsi –Cümə günü: saat 8:00-18:00
• Şənbə günü: saat 8:00-15:00

Əgər Siz göstərilən tələblərə uyğunsunuzsa, i.guliyev@xan.az email ünvanına cv-i göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP