
TRADE MARKETİNG MENECER
İş haqqında məlumat :
• Bazarın monitorinq və təhlili, rəqabət mühitinin öyrənilməsi; • Trade aktivliklər üzrə illik təqvimin hazırlanması və tətbiq edilməsi; • Trade Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.); • Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planının hazırlanması; • Qiymət analizinin aparılması və qiymət strategiyasının hazırlanması prosesində iştirak edilməsi; • Yeni məhsulun bazara çıxarılmasında iştirak edilməsi; • Marketinq sahəsində görüləcək işlərin planlaşdırılması, tətbiq olunması və raporlanması; • İş qrafiki: 09.00-18.00
Namizədə tələblər:
• Ali təhsil • Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı; • Yüksək səviyyədə kompüter bilikləri (MS Office, əsasən excel) olmalı; • FMCG sahəsində marketing təcrübəsi ən azı 2 il olmalı; • Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır; • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır; • Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
QEYD : Əmək haqqı namizədin bilik və bacarığı əsasında təyin ediləcəkdir
CV-nizi “ Trade marketing menecer “ qeyd edib salima.damirova@xirman.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
|