Vakansiya: Tur Menecer
Vəzifə öhdəlikləri:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması. - Aviabiletlərin bronu və satışı. - Otellərin bronlaşdırılması və satışı. - Sığorta yazılması. - Yeni partnyorların axtarışı və mövcud partnyorlarla əlaqələrin normal təşkili. - Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması. - Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması. - Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi. - İş saatları: Həftə içi: 10:00–19:00; Şənbə günü: 10:00-16:00; - İstirahət günü - Bazar günü.
Tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq. - Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (İngilis dilini bilənlərə üstünlük verilir). - Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.). - Səlis və işgüzar danışıq bacarığına malik olmaq. - Yüksək ünsiyyət qurma bacarığına malik olmaq. - Məsuliyyətli və diqqətli olmaq. - Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq.
Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək + satışdan komissiya veriləcək.
Şəkilli CV-lərinizi "Tur Menecer" başlığı altında hr@nolimitstravel.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
|