Layihələrin İdarəolunması və biznes proseslərinin optimallaşdırılması departamentinin rəhbəri
 
JOB TITLE: Layihələrin İdarəolunması və biznes proseslərinin optimallaşdırılması departamentinin rəhbəri
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-05 LAST UPDATED: N/A DEADLINE: 2019-09-04

“PAŞA Sığorta” ASC namizədləri “Layihələrin İdarəolunması və biznes proseslərinin optimallaşdırılması departamentinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Yeni yaradılacaq depratamentin əhatə və öhdəlik dairəsinə dair təhlillər aparmaq, məsul olduğu çərçivəni müəyyən etmək və sənədləşdirilməsini layihələndirmək;
• Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunması;
• Təşkilatda həyata keçirilən layihələrin koordinasiyasını, layihələrdə icra intizamının izlənilməsini, eləcə də layihə məqsədlərinin biznes məqsədləri ilə uzlaşdırılmasını təmin etmək;
• Layihələrin icrasına dair metodoloji çərçivənin layihə menecerləri tərəfindən təqib edilməsinə nəzarət, eləcə də metodoloji çərçivənin optimallaşdırılmasına dair vaxtaşırı təkliflərin hazırlanması;
• Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirilməsinin həyata keçirilməsi, nəticələr əsasında müvafiq hesabatlılığın və biznes funksiyaya tövsiyyələrin verilməsi;
• Rəhbər heyəti arasında layihələrin idarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq təlim, iclas və ya digər seminarların keçirilməsi və ya təşkil olunması;
• Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına görə, layihələrin xüsusiyyətlərinə görə təkmilləşdirmək, korporativ mərkəzə metodoloji məsələləri vaxtlı şəkildə çatdırmaq və müvafiq təkliflər irəli sürmək;
• Korporativ mərkəz tərəfindən tələb olunan aylıq, rüblük, illik hesabatlığının təqdim olunması;
• Rəhbər Komitənin idarəolunması, tapşırıqların icrasına nəzarət və layihə portfelində mövcud olan müvafiq risk və kritik məsələləri vaxtlı şəkildə təqdim etmək;
• Məhsuldarlığın artırılması məqsədi ilə təşkilatın proses və prosedurlarını optimallaşdırılmasına dair təhlillər aparmaq, təkliflər irəli sürmək, qəbul edildiyi təqdirdə yeniliklərin tətbiqini təşkilatlandırmaq.

Bilik və bacarıqlar:

• Ali texniki və ya maliyyə təhsili;
• Ən azı 8-10 il ümumi təcrübə, ən azı 5 il biznesin optimallaşdırılması və/və ya layihələrin idarəedilməsi istiqaməti üzrə təcrübə;
• PM / BPM üzrə orta səviyyə sertifikatı, PMP, Prince2, CBPP, BPMC serifikasiyalarının və Agile metodologiyası üzrə sertifikasiyanın olması arzuolunandır.
• MS office, PMO proqramları ilə mükəmməl işləmək bacarığı, güclü Excell biliyi arzu olunandır.
• Azərbaycan və İngilis dilində sərbəst ünsiyyətqurma və yazı bacarığı;
• Yerli / regional Bankçılıq, Sığorta, İnvestisiya və / və ya digər maliyyə xidmətləri/ məhsulları haqqında ümumi məlumatın olması;
• Güclü analitik və tənqidi düşünmə qabiliyyəti, stressə davamlı;
• Təqdimat bacarıqları.

Son müraciət tarixi: 20 avqust, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP