Texnoloq ( Tovuz )
 
JOB TITLE: Texnoloq ( Tovuz )
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-06 LAST UPDATED: N/A DEADLINE: 2019-09-05

Şirkət: A+CO MMC

Vəzifə: Texnoloq

İş yeri: Tovuz rayonu

İş qrafiki: 6 günlük

Əmək haqqı: 800-1200 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 5 il iş təcrübəsi (Şərabçılıq üzrə) olmalıdır.
2. Azərbaycan dilini səlis şəkildə bilməli, Rus dilini bilməsi arzuolunandır.

Ümümi Tələblər:

1. Şərabçılıq sahəsini mükəmməl biməli
2. Üzüm qəbulunda iştirak etməli
3. Üzüm sortlarını və keyfiyyətini bilməli

Vəzifə Öhdəlikləri

1. Sexdə texnoloji proseslərə, xammal sərfi normalarına, avadanlıqların çalışmasına rəhbərlik və nəzarəti həyata keçirir
2. Xammalın reseptə əsasən qoyulmasının nəzarət və edilməsini həyata keçirir. Meyllənmələrin aşkar edilməsi halında İstehsal Direktoruna xəbər verir.
3. Şərab, spirt istehsalına nəzarət edir,
4. İstehsalatın çatdırılmış planlı tapşırıqlarının yerinə yetirilmək, istehsalat üçün xammalın qəbulu, saxlanması və verilməsini təmin etmək, xammalın istehsalata hazırlanması prosesini təmin etmək
5. İstehsalata daxil olan xammalın keyfiyyətinə nəzarət etmək
6. Verilmiş parametrlərdən sapması hallarında istehsalat rejimlərini korrektə etmək
7. Məsul şəxsi imzası ilə qarışıq şirələrin reseptini yükləmə miqdarının göstərilməsi ilə hazırlanması üçün təqdim etmək
8. Qüvvədə olan və müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji sənədləşmənin tələblərinə riayət olunmasını, istehsalatın bütün mərhələlərində texnoloji parametrlərə riayət olunmasını təmin etmək və həyata keçirmək, operativ şəkildə pozuntuları aşkarlayaraq onların səbəblərini aradan qaldırmaq
9. Rübdə 1 dəfə olmaqla jurnalda qeydiyyat edilməklə işçilər üçün təlimatlar keçirmək(yad predmetlər düşməsi və texnologiyalar haqqında). Heyətin texnoloji nizam-intizama öyrədilməsini həyata keçirmək
10. İstehsalat prosesində yarımfabrikatlar və hazır məhsulların laboratoriya təhlilləri əsasında fiziki-kimyəvi göstəricilərinə nəzarət etmək və onları tənzimək
11. Yarımfabrikatlar və hazır məhsulların hazırlanması üzrə texnoloji prosesin nəzarət kartını təhlil etmək. Aşkar edilən pozuntular haqqında baş texnoloqu məlumatlandırmaq
12. Paterizə etmə prosesinə və onun effektivliyinə, məhsulun % qablara tökülməsinə nəzarət etmək
13. Hazır məhsullar və yarımfabrikatların standartlara, texniki şərtlərə və digər normativ-texnoloji sənədləşməyə uyğun olmasına nəzarət etmək
14. Müəyyən edilmiş tələblərə uyğun olmayan məhsulların istehsal edilməsinin qarşısının alınması üçün tədbirlər görür, zay məhsul istehsalı və ya itkilərin səbəblərini v günahkar olanları müəyyən edir, keyfiyyətsiz məhsulun istehsalına görə məsuliyyət daşıyır
15. Xammal, yardımçı materiallar, məhsulun buraxılışı üçün taraların müəyyən edilmiş sərf normalarına riayət olunmasını təmin etmək. Xammal və materialların daimi nəzarətini aparmaq
16. Bölmənin yenidən qurulması, texnoloji avadanlıqların təmiri, istehsalat proseslərinin, əllə görülən işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar olan yekunlaşdırılmış işlərin qəbulunda iştirak etmək
17. Öz bölməsinin işçilərinin ikinci və qarışıq ixtisas üzrə ixtisas və peşə ustalığının artırılması üzrə tədris edilməsini yerinə yetirmək. İşçilərə dərəcələrin verilməsinə aid olaraq təkliflər vermək, tarif-ixtisas komissiyasının fəaliyyətində iştirak etmək
18. Yeni texnoloji proseslərin, istehsalat rejimləri və qrafiklərinin hazırlanmasında və qüvvədə olanların təkmilləşdirilməsində iştirak etmək və məhsulun keyfiyyətli və rəqabət qabiliyyətli olmasına yönəlmiş tədbirləri həyata keçirmək.
19. İstehsalat sahələrinin sanitariya vəziyyətlərinə nəzarət etmək
20. İstehsalatın bütün mərhələlərində itkilərin əmələ gəlməsinin uçot və təhlilini həyata keçirmək
21. İtkilərin nəzərə alınması ilə bir ton hazır məhsul üçün istehsal edilən məhsulun müxtəlif fazalar üzrə yüklənmə və unifikasiya edilməsi üzrə hesablamalarını aparır. Müəyyən edilmiş qaydada sənədləri rəsmiləşdirir və onları proqrama daxil edir.

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Texnoloq” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP