Təchizat üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
Şirkətin satınalmalarının təşkili; Sənədlərin dövriyyəsi; Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; Sifariş olunan materialların qısa müddətdə çatdırılmasına nəzarət; Bazarın qiymətlərin mütəmadı yoxlanılması; Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması; Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması; Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi; Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
Tələblər:
Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları; Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır; Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları; Komanda ilə işləmə bacarıqları; Özünü inkişafa meyilli; Minimum 2 il iş təcrübəsi;
Maraqlanan namizdələrdən şəkilli CV-lərini applicants2019@yahoo.com elektron ünvanına “Təchizat üzrə Mütəxəssis” başlığı ilə göndərmələri rica olunur. Əmək haqqı uğurlu namizədlə müzakirə ediləcəkdir. Xahiş edirik nəzərə alasınız ki, yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
|