İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-07 LAST UPDATED: N/A DEADLINE: 2019-09-06

İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri: (İşə düzəltmə şirkəti deyil)

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması
• İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqramına daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi
• e-gov hökümət portalında əməliyyatların aparılması
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması
• Davamiyyətin izlənilməsi
• Kadr sənədləşməsinə mütəmadi nəzarət

Namizədə qarşı tələblər:

• Ali təhsil
• Сinsi: kişi
• İnsan resursları sahəsində 1-3 il iş təcrübəsi
• Əmək məcəlləsi üzrə biliklər
• MS Office proqramları üzrə biliklər
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq
• Sənədləşdirmə və yazışma işlərində yüksək səviyyəli səriştə

İş şərtləri:

• Həftədə 5 iş günü, 09:00 – 18:00
• Əmək haqqı -800 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini vacancy.hr.com@gmail.com elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “IR üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP