Planlaşdırma üzrə Mühəndis
 
JOB TITLE: Planlaşdırma üzrə Mühəndis
EMPLOYER: PMD Projects LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-08-08 LAST UPDATED: N/A DEADLINE: 2019-09-07

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Planlaşdırma üzrə Mühəndis vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Qiymət və Ölçülən İşlər Cədvəli əsasında incələnərək yeni strateji plan hazırlamaq
 Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasına köməklik etmək;
 Podratçılarla hesabat formalarının necə doldurulmasını müzakirə edərək aydınlıq gətirmək
 Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatlar hazırlamaq;
 Layihələr üzrə gecikmə hesabatlarını hazırlamaq;
 Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlər müəyyənləşdirmək;
 Həftəlik hesabatları layihə rəhbərləri ilə müzakirə etmək;
 Maliyyə nəzarətçilərindən toplanan məlumatları analiz edərək ikihəftəlik hesabatları hazırlamaq;
 Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərini həftəlik olaraq yeniləmək;
 Sahələrə davamlı səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət etmək;
 Sahə səfərləri hesabatlarını hazırlamaq;
 Yeni layihələri həftəlik və ikihəftəlik hesabatlarda qeyd etmək;
 Podratçılarla iclaslarda iştirak etmək;
 Layihələndirmə mərhələsində inkişaf statusunu həftəlik yeniləmək;
 PMD Projects işçi resurslarının layihələr üzrə paylanmasını, resursların planlanmasını həyata keçirmək;
 Təchizat şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirmək və növbəti ikihəftəlik təchizat izlənmə qrafikini hazırlamaq;
 Qiymət Cədvəlində ölçülmüş işlərin əsasında resursları təyin etmək;
 S - Əyrisi inkişaf qrafikini hazırlamaq;
 Tender üçün Level 1 qrafikini tərtib etmək;
 Həftəlik hesabatlarda inkişafı göstərmək;
 Planlaşdırılan və faktiki inkişaf fərqini (delta) göstərmək.

Tələblər:

 Ali təhsil: Tikinti sahəsi üzrə minimum bakalavr dərəcəsi
 İş təcrübəsi : Mülki tikinti sahəsində planlama üzrə azı 3 il iş təcrübəsi
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı
 Kompüter bacarıqları: Primavera P6, MS Project və MS Office

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP