
Bank “BTB” ASC Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir; 2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir; 3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir; 4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir; 5. Büdcənin tərtibi və onun icrası; 6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır; 7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır; 8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.
Namizədə tələblər:
- İqtisadi sahədə ali təhsil; - Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə; - Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları; - Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları - MS Excel programı üzrə mükəmməl biliklər; - Yüksək yazılı və şifahi ünsiyyət bacarığı; - İFRS üzrə əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək); - İngilis dili arzu olunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini(azərbaycan dilində) 31.08.2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
|