Satış meneceri
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması - Şirkətin müştəri bazasının artırılması - Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasının həyata keçirilməsi - Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması - Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması - Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil - Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar - Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı - MS Office proqramları üzrə biliklər - Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi - Yaş həddi: 22-35 yaş - Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı - İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı - Fərdi və komandada işləmək bacarığı - Dəqiq və sürətli işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri - İstirahət günü: şənbə, bazar günləri - İşçi korporativ nömrə ilə təmin edilir - İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir - İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır
Maraqlananlar öz şəkilli CV formalarını cv@microtech.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
|